Modern.az

Türk PA hələ rəsmi şəkildə fəaliyyət göstərmirmiş

Türk PA hələ rəsmi şəkildə fəaliyyət göstərmirmiş

28 Dekabr 2009, 11:45

Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) yaradılmasından bir neçə ay keçsə də, bu qurum rəsmi şəkildə fəaliyyətə başlamayıb. Bunu qurumun baş katibi Ramil Həsənov da Modern.az saytına açıqlamasında təsdiqləyib. O, qeyd edib ki, hazırda faktiki olaraq Türkdilli Ölkələrin Parlament Assambleyası öz işini davam etdirir. Türk PA-nın rəsmi fəaliyyətə nə vaxt başlayacağına gəlincə, baş katib deyib ki, bu, 2010-cu lin yanarın 15-dən sonra gerçəkləşə bilər: “İlk növbədə bu assambleyanı yaradan ölkələrin parlamentləri məsələni ratifikasiya etməlidirlər. Ancaq indiyədək heç biri bunu etməyib. Katiblik Azərbaycanda olduğu üçün bəlkə də ilk addım bizdən gözlənilir”.

R.Həsənov onu da bildirib ki, digər türkdilli dövlətlərin parlamentlərinin də Türk PA-ya qoşulması üçün iş gedir: “Bu istiqamətdə müsbət dəyişikliklərin olacağı gözləniləndir. Ancaq Özbəkistan indiyədək etdiyimiz müraciətlərə heç bir reaksya verməyib. Onu da bildirim ki, muxtariyyəttini qazanmış türk respublikaları da bizə müraciət ediblər. Onlar Türk PA-da qonaq statusunda iştirak edə biləcəklər”.

Xatırladaq ki, Türk PA-nın katibliyi Bakıda yerləşir və Milli Məclisin inzibati binasında fəaliyyət göstərir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər