Modern.az

Tozlu-küləkli günlərdən sonra Göz Xəstəlikləri İnstitutuna müraciət edənlər artır

Tozlu-küləkli günlərdən sonra Göz Xəstəlikləri İnstitutuna müraciət edənlər artır

29 Dekabr 2009, 12:06

Bakı küləkli şəhərdir, hər dəfə külək əsəndə paytaxt sakinlərə əlavə problemlər yaranır. Küləkli günlərdə havada uçuşan qum dənəcikləri, toz-torpaq şəhərin küçələrilə hərəkət edən insanların gözünə, ağzına dolur, üst-başı çirklənir. Bir sözlə küləkli günlər Bakı sakinlərini əməlli-başlı çaş-baş salır.

 

Atmosferin çirklənməsi canımıza hopub

 

Ekoloqlar Bakıda havanən çirklənmə səviyyəsinin artdığını deyirlər. Bir yandan havanın tərkiində zərərli qazların artması, o biri bir yandan da küləyin və tikintinin yaratdığı toz-duman, məişət tullantılarının yandırılması və avtomobillərin işləməsi nəticəsində əmələ gələn tüstü, kanalizasiya sularının axıdıldığı gölməçələrin üfunət qoxusu şəhərimizin bəzi yerlərində nəfəsalmanı çətinləşdirir. Havanın çirklənməsinə şərait yaradan faktlardan biri də yaşıllıqların kütləvi məhvidir. Bir sözlə, Bakıda atmosferin çirklənməsi artıq insanların canına hopub.

 

Tənəffüs yolu xəstəlikləri artıb 

Paytaxtın ekoloji durumunu ağırlaşdıran amillərdən biri tikililərin, o cümlədən çoxmərtəbəli binaların bir-birinə yaxın inşasıdır. Bakıda binaların sökülüb-tikilməsi çox geniş miqyas alsa da, görülən işlər nəticəsində havanın çirklənməsinin qarşısını almaq  bir o qədər az yada düşür. Bəzi vaxtlarda ən hündür yerdən baxsan belə şəhərin başı üzərində fırlananan toz-duman, tüstüdən çox uzağı görə bilmirsən. Təsadüfi deyil ki, Səhiyyə Nazirliyinin məlumatında da son illər paytaxtda xəstələnmələr sırasında birinci yerin tənəffüs yolu orqanlarının xəstəliklərinin tutduğu qeyd olunur. Bu, həm də ağciyər xərçəngi riskini artırır. Yeri gəlmişkən, ölkəmizdə xərçəng xəstələrinin sayında ağciyər xərçənginə tutulanlar böyük paya malikdir.

Göz Xəstəlikləri İnstitutundan bildirilər ki, t

ozlu-küləkli günlərdən sonra bu xəstəxanaya

müraciət edənlərin də sayı çoxalır.

Havada tozun qatılıq həddi normadan yüksəkdir

 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, küləkli günlərdə paytaxtı bürüyən toz-torpaq, qum dənəcikləri 8-10 il əvvəl əsası pozulmuş şəhərsalma qaydalarının yaratdığı problemdir. Ekspert zibil tullantılarının harda gəldi yandırılmasının qarşısının alınmamasının ciddi narahatlıq doğurduğunu deyib.

Çoxmərtəbəli binaların bir-birinə həddən artıq yaxın tikilməsi isə şəhərdə hava axınının qarşısını alır.

Müşahidələr göstərir ki, əksər tikintilərdə tozun yayılmasının qarşısının alınmaması üçün müvafiq materiallardan (qoruyuculardan) istifadə olunmur. Güclü külək üstünə örtük çəkilməyən tikinti meydançalarındakı qum tayalarını göyə sovurur. Daldalanmağa yer axtaran adamlarsa, toz-torpağa qoşulub getməkdən başqa əlac görmür, işə və ya evə çatmağa can atırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə, Bakı şəhərində atomosfer havasının çirklənmə vəziyyətində tozun yol verilən qatılıq həddi normadan xeyli yüksək olur. Normaya görə, Bakı ərazisində havanın çirklənməsində tozun qatılıq həddi 0,5 mq/kubmetr olmalıdır, amma son illər bu göstərici xeyli yüksəlib və hazırda 1,1 mq/kubmetrə çatıb.

 

  Adəm Qorxmaz

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir