Arxiv
29 Dekabr 2009, 15:27 | ÖLKƏ
Xaricdə oxumuş 477 azərbaycanlı məzunun diplomu qanunsuz sayılıb

2004-2009-cu illər ərzində xarici ölkələrin ali təhsil müəssisələrini bitirmiş 2964 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil Nazirliyinə müraciət etib. Onlardan 2037 nəfərinə diplomunun tanınması ilə bağlı sertifikat verilib. Ekspert qrupu tərəfindən 477 nəfərin diplomu qanunsuz hesab edilib. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən verilən məlumatda bildirilib. Xaricdə oxumuş 453 nəfərin diplomuna isə hazırda Təhsil Nazirliyinin müvafiq struktur bölməsində baxılır. Diplomun tanınması üçün müraciət edənlərin 1999 nəfəri MDB-nin müxtəlif ölkələrinin, 776 nəfəri Türkiyə Respublikası, 189 nəfərini isə ABŞ, Avropa, Asiya və ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edib. Təhsil Nazirliyinin məlumatına görə, bu gün Azərbaycandan kənarda öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində 10 minə yaxın tələbə təhsilini davam etdirir. Hazırda dövlət xətti ilə 815 nəfər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 446 nəfər Azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrindəli universitetlərdə təhsil alır. 2009-cu ildə isə 303 nəfər Azərbaycan gənci Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün göndərilib. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların 23%-i tibb, 20%-i iqtisadiyyat, 14%-i texniki və mühəndislik ixtisaslarına yiyələnirlər. ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əsasında təhsil alanların 34 nəfəri məzun olub. Onlardan 27-si bu il məzun olub. Azərbaycanın ali məktəblərində dünyanın 50-ə yaxın ölkəsindən gələn 6812 əcnəbi təhsil alır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
31 mütəxəssis bu Nazirlikdə işə götürüldü 13 Dekabr 2019, 11:24 Çavuşoğlu amerikalı senatorları “qorxaq” adlandırdı 13 Dekabr 2019, 11:04 Tanınmış vəkil də deputatlığa namizədliyini irəli sürdü 13 Dekabr 2019, 10:57 BMU-nun rektoru hindistanlı qonaqlarla görüşüb 13 Dekabr 2019, 10:54 Gəncədə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib - VİDEO 13 Dekabr 2019, 10:52 “Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanınmasını ŞƏRH ETDİ 13 Dekabr 2019, 10:51 Avtomobildə at əti daşıyan şəxs saxlanıldı 13 Dekabr 2019, 10:45 “Müsavat israr etdi ki, bütün aparıcı qüvvələr seçkidə birgə hərəkət etsinlər” - İsa Qəmbər 13 Dekabr 2019, 10:41 Sizin icra başçınız: Lənkəranlılar Taleh Qaraşovun işinə belə qiymət verdilər 13 Dekabr 2019, 10:33 Düşmən bu gecə Fərəhli və Ağbulağı atəşə tutub 13 Dekabr 2019, 09:36 İtaliyada “Nəsimi günləri” başa çatdı 13 Dekabr 2019, 09:18 “Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi bilindi 13 Dekabr 2019, 09:12 Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: “Onu hansısa qüvvə hərəkətə gətirir” 13 Dekabr 2019, 08:59 Nazarbayev Darxan Kıdıralini "Birlik" qızıl medalı ilə təltif etdi 13 Dekabr 2019, 08:52 İlham Əliyev: “Özbaşıma növbəti seçkilərə qatıla bilmərəm!” 13 Dekabr 2019, 08:46 Misirin Bakıdakı səfiri: “Azərbaycanda işləməkdən çox böyük zövq alıram” - MÜSAHİBƏ 13 Dekabr 2019, 08:37 AvroLiqada 1/16 finala çıxan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR 13 Dekabr 2019, 08:35 Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı 13 Dekabr 2019, 00:57 “Qarabağ” 3 milyon 870 min avro qazandı 13 Dekabr 2019, 00:44 "Nəticəyə görə təəssüflənirik" - Baş məşqçi 13 Dekabr 2019, 00:31 "Yeni parlamentdə çoxpartiyalılıq olacağına ümidliyik" - Elçin Ağamalı 13 Dekabr 2019, 00:17 Azərbaycan nefti ucuzlaşır 12 Dekabr 2019, 23:59 “Qarabağ” Avroliqanı qrup üçüncüsü kimi tərk etdi 12 Dekabr 2019, 23:47 Bakının mərkəzində 2 bıçaqlı şəxs insanlara hücum etdi - FOTO, VİDEO 12 Dekabr 2019, 23:41 Ukrayna Prezidenti Azərbaycana gələcək 12 Dekabr 2019, 23:29 ABŞ Senatı erməni soyqırımını tanıdı 12 Dekabr 2019, 22:47 TAP layihəsinin 90,7 faizi reallaşdırılıb 12 Dekabr 2019, 22:42 İmişlidə yük və minik maşını toqquşdu: ölən var 12 Dekabr 2019, 22:30 Elmar Məmmədyarov Latviya prezidenti ilə Qarabağdan danışdı 12 Dekabr 2019, 22:16 Heydər Əliyev Həştərxanda da anılıb - FOTOLAR 12 Dekabr 2019, 21:44 Ankarada şagirdlər Azərbaycan himnini işarət dilində səsləndirdilər - VİDEO 12 Dekabr 2019, 21:39 Latviya Qarabağ münaqişənin sülh yolu ilə həllində Azərbaycanı dəstəkləyir 12 Dekabr 2019, 21:36 Gürcüstanın Baş prokuroru istefa verdi 12 Dekabr 2019, 21:20 Bakı-Məşhəd aviareysi açılır 12 Dekabr 2019, 21:07 Bakıda 102 evə ilk dəfə  təbii qaz verildi 12 Dekabr 2019, 21:04