Arxiv
25 Dekabr 2019, 08:55 | MÜSAHİBƏ
“O rəqiblərim olmasaydı, mən Fərid Mansurov kimi məşhurlaşmazdım” - MÜSAHİBƏ

Azərbaycanda dövlət idman sahəsinə yetəri qədər diqqət və qayğı göstərir.  Məhz bu diqqətin nəticəsində bəzi idman növlərində yarışan idmançılarımız Azərbaycanın üçrəngli bayrağını dəfələrlə beynəlxalq arenalarda dalğalandırıblar.
Azərbaycanın məşhur güləşçisi, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri , “Şöhrət” və “Tərəqqi” medallarının sahibi, Olimpiya çempionu Fərid Mansurov kimi.


Modern.az-
ın əməkdaşı Fərid Mansurovla həmsöhbət olub.


- Fərid bəy, Gürcüstanda – Borçalı mahalında anadan olmusunuz. Doğma kəndinizə gedirsinizmi?


- Bəli mən Gürcüstanın Dmanisi rayonunda anadan olmuşam. İki yaşıma keçəndə atamın işi ilə əlaqədar Bakıya köçməli olduq. Demək olar ki, uşaqlığım Binə qəsəbəsində keçib. Dmanisidə nənə-babamdan qalan bir evimiz var. Hər il yay aylarında imkan olan kimi çalışıram ki, gedib ora baş çəkim. Özüm gedə bilməsəm də, valideynlərimi və ailəmi göndərirəm.


- Borçalıdan çıxan güclü idmançılar çoxdurmu? 

- Gürcüstanda yaşayan azərbaycanlılar arasından güclü idmançılar çox çıxıb. Hətta deyərdim ki, Gürcüstanda əlbəyaxa döyüş növləri məktəbi daha yaxşı inkişaf edib. Ümumiyyətlə, tək Gürcüstanda yox, hardakı azərbaycanlılar yaşayır, bir ailədə 2 oğlan uşağı varsa, o uşaqlar əlbəyaxa güləşə, güləşə meyilli olublar. Bu, bizim bir növ yaxşı mənada adət-ənənəmiz hesab olunur. Mənim qardaşım da vaxtilə güləşlə məşğul olub. Özünə görə də nəticələri var. Böyüklər arasında ölkə çempionu, yeniyetmələr arasında isə dünya birinciliyinin gümüş mükafatçısı olub. Ancaq idmandan uzaqlaşıb, hazırda başqa istiqamətdə çalışır.



- Fərid Mansurov peşəkar güləşdə qazandığı uğurları kimə borcludur?

-Təbii ki, öncə Allaha və valideynlərimə borcluyam. Məni bu xarakterdə dünyaya bəxş etdiklərinə görə. Daha sonra dövlətimizə borculuyam, ona görə ki, məni bir idmançı kimi formalaşdırıb. Qəribə səslənsə də, rəqiblərimə də borcluyam. Ona görə ki, məşqlər zamanı qalib gəlmək üçün bütün gücümü ortaya qoyurdum və bu da mənə bir stimul verirdi. Bilirsiniz ki, idmançılar rəqabətdə daha çox möhkəmlənirlər. O rəqiblərim olmasaydı, təbii ki, mən bugünkü Fərid Mansurov olmazdım. Yaşadığım həyat tərzi, cəmiyyət mənim peşəkar idmançı kimi formalaşmağımda çox böyük kömək olub.


- 22 yaşda Olimpiya çempionu adını qazandınız. Bu qalibiyyət həyatınızda nə kimi dəyişikliyə səbəb oldu?

- Hər kəs bilir ki, olimpiya çempionu adını qazanmaq idmanda ən ali zirvə hesab olunur. Olimpiya yarışlarına düşən hər bir idmançı çalışır ki, bu adı qazansın. Şükürlər olsun ki, bu adı qazanmaq  mənə ən gənc yaşlarımda qismət oldu. O yaşda olimpiya çempionu olmaq, mənə bir çox müsbət şeyləri qazandırsa da, müəyyən şeyləri də almış oldu.
Olimpiya çempionu olandan sonra, ölkədə 5 məşhur idmançının adı çəkilirdisə, onlardan biri də mən idim. Cənab prezidentimiz tərəfindən bir neçə dəfə təltif olundum. Olimpiya çempionu olmaq həm də məsuliyyətli olmaq deməkdir. Bu adı qazanan hər kəsin məsuliyyəti ikiqat artmış olur. Atdığımız hər addıma, davranışlarımıza xüsusi fikir veririk. Hər bir idmançı da çalışır ki, özündən sonra gələn nəsilə örnək olsun. Düzdür, sözdə deməklə heç bir şey alınmır. Gərək dediyini əməllərinlə sübut edəsən. Çünki müşahidələrimiz göstərir ki, bugünkü gənclər  ən çox davranışlara, hərəkətlərə daha çox diqqət göstərirlər.



- Karyeranız müddətində uğurlarınızla bərabər, zədələr ardıcıl olaraq sizi izləyib. Afina Yay Olimpiadasından sonra ağır zədə üzündən bir neçə il yarışlara qatılmadınız. Yenidən idmana qayıdanda - Pekin Olimpiadasında ilk görüşdə məğlub oldunuz. Bu məğlubiyyət zədə ilə bağlı idi?


- Xeyr, əslində bu məğlubiyyətin səbəbi xəstəliklə əlaqədar idi. 2004- cü ildə Olimpiya çempionu olandan sonra məndə zədələr oldu. Cənab prezidentimizin göstərişi ilə Almaniyada əməliyyat olundum. 2007-ci ildə dünya çempionu adını qazandım. Bundan sonra Pekin Olimpiya Oyunlarına vəsiqə qazandım. Bu Olimpiadaya gedəndə artıq məndə zədə baxımından heç bir problem yox idi. Düzdür, əvvəlki illərlə müqayisədə,əməliyyatdan sonra tam potensialımla məşq edə bilmirdim. Ancaq yenə də həm fiziki, həm də psixoloji baxımdan yarışa hazır idim. Pekin Olimpiadasında milli komandanın kapitanı, yəni bayraqdar kimi bayrağımızı idmançıların önündə aparmaq mənim üçün bir şərəf hissi idi.  
Açılış mərasimindən sonra məni güclü soyuq tutdu. İnanırsınız, 3 gün ərzində mən ancaq iynə-dərmanla ayaqda durmağa çalışırdım. Hərarət çox yüksək idi, yarışa da qızdırma ilə çıxdım. Bilirsiniz ki, belə məqamlarda bədən tamamilə zəifləyir və nəticədə mən elə ilk döyüşdə ukraynalı idmançıya məğlub oldum.
Bir məqamı söyləyim ki, həmin ukraynalı idmançını 5 ay qabaq yüksək xalla məğlub edərək, birincilik əldə etmişdim.
Pekin Olimpiadasından idmançılar üçün ziyafət təşkil olundu. Bu ziyafətdə cənab prezident söylədi ki, “mən bilirəm ki, sən xəstə idin. Ruhdan düşmə, gələcək oyunlarda qalib olmaq üçün məşqlərinə davam elə”. İnanın bu söz mənə sanki bir stimul verdi. Hətta deyərdim ki, məni yenidən idmana qaytardı. Məhz bunun nəticəsi idi ki, növbəti oyunlarda mən ikiqat dünya çümpionu adını qazandım.


- Bu yaxınlarda idmanla bağlı bir statistik göstərici açıqlandı. Məlum oldu ki, Azərbaycan əhalisinin yalnız 20,7 faizi idmanla məşğul olur. Sizcə bu göstəricinin aşağı olmasının səbəbi nədir?

- Bilirsiniz, idman deyəndə biz əsasən professional idmanı nəzərdə tuturuq. Ümumiyyətlə idman iki hissədən ibarətdir: bədən tərbiyəsi və idman. Bədən tərbiyəsi professional idman deyil. Ancaq idman deyəndə sırf professional idman nəzərdə tutulur. Nəzərə alsaq ki, Azərbaycan 10 milyonluq ölkədir. Bu insanları faiz göstəricilərinə bölsək, aralarında yaşlılar, qadınlar, uşaqları da görə bilərik. Düşünürəm ki, bu faiz göstəricisi o qədər də aşağı nəticə deyil. Bəlkə də 20,7 faiz  professional idmanla məşğul olanların sayıdır. Axı bədən tərbiyəsi ilə məşğul olanlar da var. Bədən tərbiyəsində yaş məhdudiyyəti yoxdur. Bilirsiniz ki, bədən tərbiyəsi ilə məşğul olmaq öz sağlamlığını qorumaq deməkdir. Cənab prezidentimiz deyəndə ki, biz idman ölkəsiyik, burda təbii ki, Azərbaycanda yaradılan infrastruktur, professional idmançılar, eyni zamanda bədən tərbiyəsi ilə məşğul olanların hamısı nəzərdə tutulur.


- 2019-cu il idman sahəsində hansı hadisələrlə yadda qaldı?

- Deyərdim ki, 2019-cu il idman sferasında yaddaqalan illərdən oldu. Nəticə baxımından məhsuldar il hesab olunur. Bu il ölkədə bir çox beynəlxalq yarışlar keçirildi. Eyni zamanada, Azərbaycan idmançılarının beynəlxalq arenalarda göstərdikləri nəticələri də nəzərə alsaq, qənaətbəxş hesab etmək olar. Bilirsiniz ki, bu il ölkədə “Formula 1” yarışı, Yeniyetmə və gənclərin Avropa Yay Olimpiya Festivalı keçirildi. Sevindirici haldır ki, ölkəmizdə əsası qoyulmuş Avropa Oyunları Belarusun Minsk şəhərində davam etdirildi. Hər iki yarışda komandamız uğurlu çıxışları ilə yadda qaldı. Bu il ölkəmizdə olimpiya və qeyri-olimpiya idman növləri üzrə dünya və Avropa kuboklarının yarışları, Gimnastika üzrə Avropa çempionatı keçirildi. Bu yaxınlarda start götürmüş karate üzrə Avropa çempionatı keçirilir. İlin axırında əlbəyaxa döyüş növləri üzrə dünya festivalı keçirələcək. Bir sözlə, idmançılarımızın uğurlu nəticələri ölkə üçün əsas faktorlardan biri kimi dəyərləndirilir.
Bu il Nizami Paşayev öz uğurlu çıxışı ilə 3 qat dünya çempionu adını qazandı. 2009-cu ildə dünya çempionatındakı yarışda finalda qazaxıstanlı rəqibinə məğlub olaraq, 2-ci yerə çıxmışdı. Bu yarışda isə onu məğlub edərək, 3 qat dünya çempionu adını qazanmağa nail oldu. Təbii ki, idmanda itkilər hər zaman olur. Necə ki, həyat bir tərəfdən dolub, digər tərəfdən boşaldığı kimi, idman sahəsi də yaşadığımız bu həyatın kiçik bir zərrəsidir. İstər-istəməz idmandan uzaqlaşan idmançılarımız da olur. Artıq professional idmanla məşğul olmurlar.  Onların yerini yeniyetmə idmançılar doldurur.  Bu bir növ dəyirmana bənzəyir, fırlanır yenə də öz yerini gəlir tapır. Mütləqdir ki, biri digərini əvəz etsin. Bu da onu göstərir ki, rəqabət davam edir. Rəqabət olan yerdə qazanmaq da asan olur. Düşünürəm ki, rəqabət bizim ölkə çempionatına daha çox lazımdır. Çünki rəqabət olan yerdə, idmançı öz potensialını daha çox ortaya qoymuş olur.



- Karyerasını bitirən güləşçilərimiz hansı sahədə fəaliyyət göstərirlər?

- 90-cı illərdə idmançıların adları pis işlərdə hallanırdı. Ancaq bu gün idman sahəsinə diqqət yetirsək görərik ki, cənab prezidentimizin xüsusi bir qayğısı var. Bu diqqət hər bir idmançıya stimul verir ki, sabah idman sahəsindən uzaqlaşsa, işsiz qalmayacaq. Əlbəttə ki, karyerasını başa vuran idmançılar işsiz qalmırlar. Karyerasını başa vuran bəzi güləşçilərimiz federasiyada peşəkar məşqçi kimi fəaliyyət göstərirlər. Adların çəkə bilərəm, Olimpiya mükafatçıları Rövşən Bayramov, Emin Əhmədov kimi idmançılarımız hazırda milli yığma komandada məşqçi kimi fəaliyyət göstərirlər. Elə Olimpiya mükafatçılarımız var ki, dövlət qurumlarında işlə təmin olunublar. Ancaq hamımızı birləşdirən əsas məqam idmandır. Kimin harda işləməsindən asılı olmayaraq, hər birimiz çalışırıq ki, heç olmasa həftədə 1-2 dəfə idmanla məşğul olaq. Çünki professional idmanla məşğul olanlar bilir ki, idman etməsələr, bədəndə hər hansı bir neqativ məqam yaranar. Bədən artıq tempdə işləməyə öyrəşib. Ən azından rahatlaşmaq üçün, ara-sıra bu tempi bədənə verməliyik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fişəng fabrikindəki partlayışda ölü sayı artdı - VİDEO 4 İyul 2020, 00:53 Böyük Britaniyada koronavurudan 137 nəfər öldü 4 İyul 2020, 00:41 “İki gün ev şəraitində müalicə alıb, qızdırması düşmüşdü” - Etibar Babayevin xanımı 4 İyul 2020, 00:29 16 şəhər və rayonda iki günlük ictimai nəqliyyatın fəaliyyəti dayandırılır 4 İyul 2020, 00:16 Bakı metrosu bu gündən iyulun 20-dək İŞLƏMƏYƏCƏK 4 İyul 2020, 00:04 DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək 3 İyul 2020, 23:56 Bərdədə 7 yaşlı uşaq bacısını öldürdü 3 İyul 2020, 23:43 Prezident yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı 3 İyul 2020, 23:31 Bərdədə yol kənarında meyvə-tərəvəz satan şəxsi avtomobil vurdu 3 İyul 2020, 23:21 Daha həkim koronavirusdan öldü 3 İyul 2020, 23:06 Xəlifəlik qurmaq istəyənlər yaxalandı 3 İyul 2020, 22:53 “Fəxri ad davası aparan elə adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur” - Baş redaktor 3 İyul 2020, 22:46 Rusiya ölkəyə miqrantların axınında maraqlıdır 3 İyul 2020, 22:33 Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib 3 İyul 2020, 22:19 Minsk qrupu xalqları müharibəyə hazırlayır 3 İyul 2020, 22:07 Türkiyədə 178 278  nəfər koronavirusdan sağalıb 3 İyul 2020, 21:54 Saatlı sakini intihar edib 3 İyul 2020, 21:37 Milyonlarla vəsait əldə edən şirkətlərin BENEFİSİAR SAHİBİ 3 İyul 2020, 21:23 Birinci xanım koronavirusdan sağaldı 3 İyul 2020, 21:09 Hindistanda yerli koronavirus vaksininin sınaqları başlayır 3 İyul 2020, 20:49 Yaponiyada koronavirusa yoluxanların sayı 20 mini ötdü 3 İyul 2020, 20:33 Xarici işlər naziri koronavirusa YOLUXDU 3 İyul 2020, 20:16 Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi - FOTOLAR 3 İyul 2020, 20:00 “Şərəfi olan adam vəzifədən asılı olmayaraq şərəfsizlik eləmir” - MÜSAHİBƏ 3 İyul 2020, 19:40 Vətəndaşların nəzərinə - “ASAN xidmət” və  “ASAN Kommunal” 4 gün işləməyəcək 3 İyul 2020, 19:32 Yeni tədris ili avqustun 31-dən başlayacaq - Türkiyədə 3 İyul 2020, 19:24 Saatlının su problemi nəzarətə götürüldü 3 İyul 2020, 19:17 “Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi 3 İyul 2020, 19:10 Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab 3 İyul 2020, 19:01 Baş redaktor koronavirusdan sağaldı 3 İyul 2020, 18:58 Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA 3 İyul 2020, 18:55 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı 3 İyul 2020, 18:50 TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur 3 İyul 2020, 18:45 Şeyx din xadimlərini topladı - FOTO 3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36