Modern.az

2226 nəfər deputatlıq üçün yarışacaq

2226 nəfər deputatlıq üçün yarışacaq

Aktual

4 Yanvar 2020, 12:50

“Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2226 namizəd müraciət edib”. 

 

Modern.az xəbər verir ki, bu sözləri  Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

 

O vurğulayıb ki, 461 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1749 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb:

 

"Onlardan 2066 nəfərinin namizədliyi artıq təsdiqlənib, 1903 nəfəri isə imza vərəqələrini götürüb. 580 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 285 nəfər qeydə alınıb".

 

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-na təyin edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır