Modern.az

Haftar Türkiyəyə görə limanları blokladı

Haftar Türkiyəyə görə limanları blokladı

Aktual

10 Yanvar 2020, 19:30

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Milli Razılıq Hökumətinin nəzarətində olan Misrata və Xüms limanlarına gəmilərin girişini qapadıb.

Məlumatı “Skay Nyus Arabia” televiziyası yayıb. Girişin təkcə Milli Razılıq Hökumətinin gəmilərinə yox, bütün gəmilərə qadağan edildiyi bildirilib.

 

Qeyd edək ki, bundan öncə Türkiyənin Liviya Milli Razılıq Hökumətinə dəstək üçün bölgəyə öz hərbçilərini və gəmilərini göndərəcəyi bildirilmişdi. Üstəlik, Haftarın Rusiya və Türkiyənin sülh planını qəbul etmədiyi haqqında məlumat yayılmışdı.

 

Virtualaz.org

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?