Modern.az

Cəbhədə gərginlik artıb

Cəbhədə gərginlik artıb

Aktual

13 Yanvar 2020, 09:25

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Cəfərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

 

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?