Modern.az

“Bu günlərdə o qədər gərgin iş rejimində işlədik ki...” - Doğum gününü unudan aparıcı

“Bu günlərdə o qədər gərgin iş rejimində işlədik ki...” - Doğum gününü unudan aparıcı

13 Yanvar 2020, 13:41

Bu gün “Üç nöqtə” qəzetinin baş redaktoru, Xəzər TV-də yayımlanan “Səni axtarıram” verlişinin aparıcısı Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının doğum günüdür.

 

Tanınmış jurnalist ad günü təəssüratlarını Modern.az-la bölüşüb:

 

“Əslində o qədər də ad günü ab-havasında deyiləm. İnanın ki, bu günlərdə o qədər gərgin bir iş rejimində işlədik ki, ad günüm olduğunu da unutmuşdum. Əkizlərim baxmayaraq ki, xəstə idilər, ancaq yenə də analarının ad gününü yaddan çıxartmayıblar. Dünən Doğuş bəy mənə tort alanda, onda yadıma düşdü ki, sabah ayın 13-dür və mənim doğum günümdür”.

 

Xoşqədəm Hidayətqızı ad günü keçirməyi o qədər də, sevmədiyini vurğulayıb:

 

“Düşünürəm ki, yaşın üstünə yaş gəlir. Düzdür, bu, sevincli bir haldır, müdrikləşirik. Yaşayıb-yaratmaq üçün Allah bizə daha bir il ömür verir. İnsanların yanında yaxşılıq etmək, sevdiklərimizin yanında olmağı Allah bizə bəxş edir. Ancaq bunlara baxmayaraq yenə də mən hər yaşımın üstünə yaş gələndə deyirəm, “vay, 1 yaş daha qocaldım” (gülür). Təbii ki, hər il işlədiyim telekanalın işçiləri mənə ad günü ilə bağlı nəsə özəl sürprizlər edirlər. İnanıram ki, indi yenə də nəsə təşkil edəcəklər. Ancaq ad günümü balaca və hüzurlu evimdə, ailəmlə birlikdə qeyd edəcəm. Yeri gəlmişkən, bu gün ad günü olan hər kəsi təbrik edirəm. Modern.az kollektivinə də, başda Elşad müəllim olmaqla hər birinizə təşəkkür edirəm. Diqqət və dəyər üçün hər kəsə minnətdarlığımı bildirirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var