Modern.az

Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib

Azərbaycanda 1376 kilometr avtomobil yolu istifadəyə verilib

15 Yanvar 2020, 12:16

2019-cu ilin yekunlarına əsasən Azərbaycanda 1376 kilometrədək avtomobil yolu təmir edilib və istifadəyə verilib.

 

Modern.az xəbər verir ki, bu sözləri "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında söyləyib.

 

Qurum sədri söyləyib ki, yolların genişlənməsi və magistralların yaradılması yük avtomobillərinin sürət həddini 80 kilometr/saata, minik maşınlarının isə 90-110 kilometr/saatadək artırmağa imkan verib.

 

S.Məmmədovun sözlərinə görə, yüksək keyfiyyətli və təhlükəsiz yollar Azərbaycanın iqtisadi inkişafı və ictimai rifahının vacib amilidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir