Modern.az

YAP Daşkəsən rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib

YAP Daşkəsən rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib

Aktual

17 Yanvar 2020, 14:30

17 yanvar 2020-ci il tarixdə səhər saatlarında YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və bir qrup gənc partiya fəalı 09 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkilərində iştirak etmək üçün 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən namizədliyi qeydə alınmış Kamran Bayramovun və 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən namizədliyi qeydə alınmış Elşad Mirbəşiroğlunun təbliğat üçün hazırlanmış fotoşəkillərini nəzərdə tutulan yerlərdən asılmasını böyük ruh yüksəkliyi ilə təşkil ediblər.
 

Modern.az xəbər verir ki, 100 saylı Şəmkir-Daşkəsən və 101 saylı Göygöl-Daşkəsən Seçki Dairələrinin Daşkəsən rayonun ərazisində fəaliyyət göstərən seçki məntəqələrində 15344 seçici qeydə alınıb.
Qeydə alınmış bütün namizədlərin təbliğatının bərabər şəkildə aparılması üçün Daşkəsən Rayon Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin sərəncamı ilə hər iki dairənin ərazisində bir açıq və bir qapalı yer müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir