Modern.az

Novruz Aslanovun təşviqatı davam edir - FOTOLAR

Novruz Aslanovun təşviqatı davam edir - FOTOLAR

22 Yanvar 2020, 10:27

Novruz Aslanovun seçki qərargahından verilən məlumata görə yanvarın 21-də 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov daha 5 kəndə səfər edib. Belə ki, Bəhliyan, Şəbiyan, Keyvəndi, Qoşakənd və Ağbulaq kəndlərində öz vəkilləri ilə birgə seçicilərinin görüşünə gedib. Bunula da 4 gün ərzində 18 kənddə təşviqat kampaniyası baş tutub.

 

Modern.az xəbər verir ki, görüşlərdə Novruz Aslanov regionların sosial-iqtisadi inkişafı istiqamətində İsmayıllı rayonunda görülən işlər barədə söhbət açıb, dövlət başçısının müvafiq sərəncamları ilə bölgələrdə həyata keçirilən layihələrə böyük önəm verildiyindiyini diqqətə çatdırıb. Seçicilər də öz növbəsində Novruz Aslanovu salamlayaraq deputatlıq dövründə tez-tez rayona səfər etməsindən, yayda onların kəndinə gələrək görüş-qəbular keçirdiyini bildirərək bu seçkilərdə də ona uğurlar arzulayıblar.

 

14 il deputatlıq fəaliyyətindən bəzi statistik məlumatları seçicilərə bildirərən Novruz Aslanov əlaqədar hökumət strukturlarına göndərdiyi müraciətlərin müvafiq dövlər proqramları çərçivəsində həll olunduğunu və kəndlərdə yol, enerji və mavi yanacaq məsələlərinin davamlı olaraq icrasnın təmin olunduğunu diqqətə çatdırıb. Hər il hazırladığı hesabatları ictimaiyyətə təqdim edərək, seçicilərə  bir daha görülən işlər barədə rəqəmlərlə bəzi məlumatları bildirib.    

 

Yanvarın 22-də 4 kənddə və rayon mərkəzində təhsil işçiləri ilə görüşlər nəzərdə tutulub.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?