Modern.az

Azərbaycanda borcu olan 31 nəfər saxlanıldı

Azərbaycanda borcu olan 31 nəfər saxlanıldı

23 Yanvar 2020, 13:41

Daxili İşlər Nazirliyi ötən gün ərzində ölkədə baş verən kriminal hadisələrin statistikasını açıqlayıb.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir