Modern.az

Fəzail Ağamalının növbəti görüşü Salyanın Xıdırlı kəndində keçirilib - FOTOLAR - VİDEO

Fəzail Ağamalının növbəti görüşü Salyanın Xıdırlı kəndində keçirilib - FOTOLAR - VİDEO

28 Yanvar 2020, 11:46
Deputatlığa namizəd Fəzail Ağamalının növbəti görüşü Salyan rayonunun Xıdırlı kəndində keçirildi.
 
 
 
Modern.az xəbər verir ki, görüşdən öncə Fəzail Ağamalı erməni təcavüzünə qarşı döyüşlərdə şəhid olan igid övladlarımızın məzarlarını ziyarət etdi və onların ruhlarına dualar oxundu.
 
 
 
Çoxsaylı seçicilərin fəallığı ilə müşayət olunan görüşdə Fəzail Ağamalının vəkilləri Zaman Əmirov və Emin Bayramov namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayandılar.
 
 
 
Fəzail Ağamalı Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında tarixi xidmətləri, ölkəmizdə gedən və geniş miqyas alan islahatlar, onların konkret nəticələri ətrafında geniş dayandı və 4 illik deputatlıq fəaliyyətinin vacib məqamlarını diqqətə çatdırdı.
 
 
 
Görüşdə çıxış edən kənd ziyalısı Adil Abdullayev, ehtiyyatda olan zabit, Qarabağ döyüşləri veteranı İldırım Babayev, kənd Ağsaqqalları Ağadayı Paşayev, Abdulxaliq Məmmədov və kənd sakinləri Rafiq Süleymanov, Qənbər Qənbərov, Elxan Kərimov Fəzail Ağamalının deputatlıq fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini söylədilər.
 
 
 
Fəzail Ağamalının seçicilərlə görüşləri davam edir.
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!