Modern.az

Kamran Bayramov Şəmkirin Könüllü seçiciləri ilə görüşüb - FOTOLAR

Kamran Bayramov Şəmkirin Könüllü seçiciləri ilə görüşüb - FOTOLAR

28 Yanvar 2020, 12:00

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd  Kamran Bayramovun  seçicilərlə möhtəşəm görüşləri davam etdiririlir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd  təşviqatını Şəmkirin Könüllü kəndində davam etdirib. Sakinlərlə görüşüb, kəndin çayxanasında zəhmətkeşlərlə çay içib, onları dinləyib, suallarını cavablandırıb. Eyni zamanda, kəndi narahat edən bir sıra məsələləri müzakirə edib.

 

Kamran Bayramov görüşdən sonra bir nəticə də çıxartdığını da qeyd edib. O da   Könüllü kəndinin birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiyi ilə bağlıdır.

 

Daha sonra deputatlığa namizəd Kamran Bayramov kənd sakinlərinin qapılarını da döyüb, söhbətləşib, masa arxasında problemləri müzakirə edib, bizə verilən böyük dəstəyin şahidi olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu