Modern.az

Azərbaycanda oğurluq edən qardaşlar saxlanıldı

Azərbaycanda oğurluq edən qardaşlar saxlanıldı

28 Yanvar 2020, 12:40

Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Şıxlı kəndinin ərazisində yerləşən ona məxsus mağazadan 1200 manat dəyərində danışıq kartları və ərzaq məhsullarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.

 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Şıxlı kənd sakinləri, iki qardaş Coşqun və Seymur Məmmədovlar saxlanılıb. Davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxslərin digər cinayət əməllərinin də üstü açılıb.

 

Belə ki, S.Məmmədovun rayon ərazisində yerləşən mağazaların birindən 150 manat pulu, C.Məmmədovun isə başqa bir şəxslə əlbir olub 2 avtomobildən maqnitofonlar oğurladıqları məlum olub.

 

Faktla bağlı Ağdaş RPŞ-nin İstintaq qrupunda saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi