Modern.az

Nardaranda maşından silah tapıldı

Nardaranda maşından silah tapıldı

28 Yanvar 2020, 13:00

Nardaranda maşından silah tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Daxili Qoşunlar Baş İdarəsinin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı oradan “Cometa-100” markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb. Silah 42-ci Polis Bölməsinə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu