Modern.az

Elxan Məmmədov AFFA-da iki vəzifəni icra edəcək

Elxan Məmmədov AFFA-da iki vəzifəni icra edəcək

28 Yanvar 2020, 13:10

AFFA-nın vitse-prezidentləri və baş katibi müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında məsul vəzifələrə təyinatlar rəsmiləşib.

 

AFFA-da yeni təsis olunan icraçı vitse-prezident postu 2007-ci ilin iyulundan burada baş katib kimi çalışan Elxan Məmmədova həvalə edilib. O, eyni zamanda, əvvəlki vəzifəsini də icra edəcək. 

 

Vitse-prezidentlərin sayı da 3-ə çatdırılıb. Rauf Əliyev və Elşad Nəsirovla yanaşı, Vaqif Sadıqov da bu postu tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir