Modern.az

Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək

Mübariz Mənsimov daha 150 tələbənin təhsil haqqını ödəyəcək

Aktual

28 Yanvar 2020, 15:28

Bu ilin mart ayından etibarən, Türkiyədə təhsil alan daha 150 azərbaycanlı tələbəyə “Palmali” şirkəti tərəfindən burs veriləcək.

 

Bu barədə Modern.az-a şirkətdən verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, iş adamı Mübariz Mənsimovun prezidenti olduğu “Palmali Holding” tərəfindən elan olunmuş II Təqaüd Proqramına Müraciət Prosesi başa çatıb:

 

“II Təqaüd Proqramına əsasən, daha 100 azərbaycanlı tələbəyə təqaüd veriləcək. Bununla da Türkiyədə təhsil alan və “Palmali Holding”in təqaüd proqramına cəlb edilən azərbaycanlı tələbələrin sırası daha da artıb”.

 

“Palmali”nin II Təqaüd Proqramına cəlb olunacaq tələbələr arasında seçimdə aşağıda göstərilən 3 kateqoriyadan olan şəxslərə üstünlük verilib:



1)Şəhid ailələrindən olan tələbələrə;
2)Qarabağ müharibəsi veteranlarının ailələrindən olan tələbələrə;
3)Məcburi köçkün ailələrindən olan tələbələrə.

Qeyd edək ki, “Palmali”nin yeni təqaüd proqramı üzrə sənədlərin qəbulu 31 may 2019-cu il tarixinə qədər həyata keçirilib.

Xatırladaq ki, l Təqaüd programı bu ilin mart ayında başa çatır. I Təqaüd Programından təhsilə münasibəti və ailə vəziyətinə görə seçilmiş 50 tələbəyə burs verilməsi davam edəcək. Bundan əvvəl I Təqaüd Proqramına qoşulan 100 azərbaycanlı tələbə davamlı olaraq burslarını alırlar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir