Modern.az

Çində yeni növ koronavirusdan ölənlərin sayı 132-yə çatıb

Çində yeni növ koronavirusdan ölənlərin sayı 132-yə çatıb

Aktual

29 Yanvar 2020, 09:00

Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb.

 

Modern.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən bildiriblər.

 

Bildirilir ki, yeni növ koronavirusa yoluxanların sayı 5974 nəfər çatıb. Daha əvvəl 106 nəfərin öldüyü, 4515 nəfərin virusa yoluxduğu bildirilirdi.

 

Son sutka ərzində xəstəxanalardan 43 nəfər evə buraxılıb.

 

Qeyd edək ki, Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir