Modern.az

Fin qəsəbəsində Vüqar Bayramov qələbəliyi - FOTO

Fin qəsəbəsində Vüqar Bayramov qələbəliyi - FOTO

Aktual

29 Yanvar 2020, 10:06

Füzuli rayonunun Fin qəsəbəsində məskunlaşan seçicilər 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramovu böyük coşğu ilə qarşılayıb. 400-ə yaxın seçicinin iştirak etdiyi görüşdə sakinlər Vüqar Bayramovla həmrəylik nümayiş etdirib, onu dəstəklədiklərini vurğulayıblar.

 

Modern.az xəbər verir ki, seçicilərin isti münasibətindən mütəəssir olduğunu dilə gətirən deputatlığa namizəd həmyerlilərinin dəstəyi ilə respublikada nümunəvi millət vəkili-seçici münasibətləri formalaşdıracaqlarına əminliyini ifadə edib:

 

“Millət vəkili olmaqda yeganə məqsədim bu günədək qazandığım bilik və təcrübəmi həmyerlilərimə və xalqıma xidmətdə istifadə etməkdir. İnanıram ki, belə də olacaq. Sizin dəstəyinizlə biz buna birlikdə nail olacağıq”.

 

Vüqar Bayramov qəsəbə sakinlərinin istək, arzu və təkliflərini də dinləyib, qeyd olunanların bundan sonrakı fəaliyyətində nəzərə alacağını bildirib.

 

Görüşdə deputatlığa namizədi müşayiət edən Milli Qəhrəman Vahid Quliyev və Qarabağ qazisi Həsən Əmirov Vüqar Bayramovun Füzuli rayonunu parlamentdə, ölkəmizi isə beynəlxalq aləmdə layiqincə təmsil edəcəyinə inandıqlarını vurğulayıblar.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır