Modern.az

Nazirlik məktəblərdə virusla bağlı hansı tədbirlər görəcək? - RƏSMİ AÇIQLAMA

Nazirlik məktəblərdə virusla bağlı hansı tədbirlər görəcək? - RƏSMİ AÇIQLAMA

29 Yanvar 2020, 16:08

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

 

Baş nazir Əli Əsədovun sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

 

Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

 

Bəs Təhsil Nazirliyi məktəblərə virusla bağlı hər hansı tapşırıq veribmi?

 

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, tədbirlər görüləcək:

 

“Bildiririk ki, lazım olduğu təqdirdə müvafiq dövlət qurumları ilə birlikdə müəyyən tədbirlər görüləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü