Modern.az

Seçicilərdən Lalə Abbasovaya dəstək: “Səsimiz sizindir, biz sizə güvənirik” - FOTOLAR

Seçicilərdən Lalə Abbasovaya dəstək: “Səsimiz sizindir, biz sizə güvənirik” - FOTOLAR

Aktual

4 Fevral 2020, 10:47

55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputatlığa namizəd Lalə Abbasova seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Lalə Abbasova fevralın 2-si və 3-ü Xaçmazın 6 kəndində görüşlər keçirib. Xaçmazın Müşgür, Müzəffərova, Yelgüc, Ağaşı Zeyd, Hürümli və Qaracıq Zeyd kəndlərində seçiciləri ilə bir araya gəlib.

 

Lalə Abbasova ilə görüş zamanı kənd camaatı örüş, su və sairə məsələləri deputatlığa namizədin diqqətinə çatdırıblar. Sosial müavinətlərlə də bağlı seçicilər şikayətlərini dilə gətiriblər. Ancaq seçicilər yeni icra başçısına ümid etdiklərini və bu cür məsələləri yoluna qoyacağına ümid etdiklərini deyiblər.

 

Həmçinin, seçicilər bu seçkilərdə Lalə Abbasovaya verəcəkləri  səsləri bəzi məmurların  saxtalaşdırmayacağına ümidvar olduqlarını bildiriblər.

 

“Biz sizə güvənirik. Rayonumuza can yandırdığınızı  biz görmüşük. Deputat seçiləndən sonra yenə də bizə arxa, dayaq olacaqsız. Sizə səs verəcəyik”.

 

Həmçinin L.Abbasova Xaçmaz şəhər məscidində qadınlarla da görüşüb.

 

Deputatlığa namizəd LaləAbbasova seçicilərinə təşəkkür edib. Deputat seçiləcəyi təqdirdə səslənən problemləri həll etməyə çalışacağını deyib.

 

Həmçinin Lalə Abbasova  seçicilərini  fevralın 7-də Xaçmazdakı Olimpiya Stadionu Mərkəzində  keçiriləcək sonuncu görüşünə dəvət edib. O hər bir xaçmazlının aktiv iştirak etməsini xahiş edib.

 

Sonda seçicilər Lalə Abbasovaya səs verəcəklərini qeyd ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?