Modern.az

İsgənər Həmidovun vəziyyəti ağırdır

İsgənər Həmidovun vəziyyəti ağırdır

4 Fevral 2020, 14:50

“Sabiq Daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti çox ağırdır”.

 

Bunu Modern.az-a onun həkimi, tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib. O qeyd edib ki, İsgəndər Həmidov dünəndən komadadır:

 

“Hazırda İsgəndər Həmidovun müalicəsi Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O komadadır, vəziyyəti ağırdır”.

 

Qeyd edək ki, ötən gün vəziyyəti pisləşən İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib. Adil Qeybulla sabiq nazirə qoyulan son klinik diaqnozu özünün sosial şəbəkə hesabında paylaşıb:

 

“Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik. Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6x4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatmazlığı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir