23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən 4-cü dəfə deputatlığa namizəd, akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərinə bir an olsun ara vermir.
Modern.az-ın xəbərinə görə, deputatlığa namizəd daha bir neçə görüş keçirib.
Bu görüşlərdən biri də ağsaqqallarla səmimi və isti ortamda baş tutan görüş olub.
Belə ki, adıçəkilən görüş Bakı şəhərinin Nəsimi rayonunun Ağsaqqallar Şurasında baş tutub.
Qeyd edək ki, təşkilata Azərbaycan tanınmış simalarından olan Aydın Heydərov rəhbərlik edir.
Eyni zamanda, Azərbaycanda daim ağsaqqallara böyük hörmət-izzət göstərildiyini, dövlət səviyyəsində də onların diqqə və qayğı ilə əhatə olunduğunu, bu istiqamətdə bir sıra mühüm addımların atıldığını xatırladıb.
Z. Səmədzadə həmçinin, ağsaqqalların fikirlərini, təkliflərini, istəklərini dinləyib, öz münasibətini bildirib.
Ağsaqqallar öz növbəsində ölkədə görülən işlərdən, atılan addımlardan razılıqlarını bildirib, o cümlədən, seçkilərdə yaxından iştirak edəcəklərini və Z. Səmədzadəni dəstəkləyəcəklərini bildiriblər.