Modern.az

MSK-dan hərbi hissədə görüşlər keçirən namizədlərə XƏBƏRDARLIQ 

MSK-dan hərbi hissədə görüşlər keçirən namizədlərə XƏBƏRDARLIQ 

Aktual

5 Fevral 2020, 16:28

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərində iştirak edən bəzi namizədlərə xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında komissiya üzvü Tofiq Həsənov bu barədə çıxış edib. O qeyd edib ki, bəzi namizədlər hərbçilər qarşısında təşviqat kampaniyası aparan zaman tələbləri pozurlar:

 

“Namizəd hərbi hissədə seçicilər qarşısında görüş keçirmək istəyəndə həmin hərbi hissənin komandiri bu barədə dairə seçki komissiyasına məlumat verməlidir. Bəzi namizədlər bu tələbləri pozur. Hansısa namizədin təşəbbüsü ilə hərbi hissələrdə seçicilər qarşısında seçkiqabağı təşviqat kampaniyası aparmaqla bağlı hərbi hissəyə müraciət ediləndə, həmin hissənin komandiri bununla bağlı dairə seçki komissiyasına məlumat verməlidir. Bundan sonra DSK sədri digər namizədlərə də məlumat verməlidir. Əgər bu tələb yerinə yetirilmirsə, seçki subyekti haqqında müvafiq tədbir görülməsi tələbi yaranır”.

 

İclasda müzakirələrdən sonra bununla bağlı namizədlərə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür