Modern.az

Veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdı

Veb-kameraların hazır vəziyyətə gətirilməsi başa çatdı

5 Fevral 2020, 16:53

MSK ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə  1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırıb.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib. O qeyd edib ki, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb:

 

“Səsvermə prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq ana səhifədən “Online observation” bölməsinə daxil olmaq və seçki dairəsini seçmək lazımdır.

 

Müvafiq saylı dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək səsvermənin gedişini gün ərzində canlı izləyə bilərlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı