Modern.az

MSK Fərəc Quliyevlə bağlı Baş Prokurorluqdan CAVAB GÖZLƏYİR

MSK Fərəc Quliyevlə bağlı Baş Prokurorluqdan CAVAB GÖZLƏYİR

5 Fevral 2020, 17:27

Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınan Fərəc Quliyevlə bağlı şikayət baxıb.

 

Modern.az xəbər verir ki, MSK-nın davam edən iclasında Fərəc Quliyevlə bağlı qərar verilib. Həmin dairədən qeydə alınan digər 3 namizədin şikayəti qismən təmin olunub və F.Quliyevə xəbərdarlıq edilməsi təklif edilib.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, indiki mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir: 

 

“Mehman Hüseynov MSK ilə yanaşı, Baş Prokurorluğa və Ombudsmana da müraciət edib. MSK, sadəcə, öz səlahiyyətləri çərçivəsində olan məsələlərə baxır. Əgər Baş Prokurorluq məsələyə baxıb cinayət tərkibi müəyyən etsə, MSK bu məsələyə yenidən qayıda bilər”.

 

Seçkilər günü 31 saylı Suraxanı ikinci seçki dairəsi MSK-nın ciddi nəzarətində saxlanılacaq.

 

Qeyd edək ki, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynov, Etibar Əliyev və Orxan Kəngərlinin həmin dairdən qeydə alınmış digər namizəd Fərəc Quliyev ilə bağlı MSK-ya şikayət ediblər. Şikayətdə bildirilib ki, F.Quliyev öz namizədliyini geri çəkmək üçün M.Hüseynova 15 min manat pul təklif edib. F.Quliyev isə bu iddianın əsassız olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir