Modern.az

Mətbuat Şurası nekroloq yaydı

Mətbuat Şurası nekroloq yaydı

Aktual

6 Fevral 2020, 14:20

Azərbaycan Mətbuat Şurası tanınmış jurnalist Cavanşır Cahangirovun ölümü ilə bağlı nekroloq yayıb.

 

Modern.az xəbər verir ki, Şura mərhumun doğmalarına, əzizlərinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verib.

 

“Azərbaycan jurnalistikasına ağır itki üz verib. Tanınmış jurnalist Cavanşir Muradxan oğlu Cahangirov fevralın 4-də uzun sürən xəstəlikdən sonra ömrünün 65-ci ilində dünyasını dəyişib. Bununla bağlı mərhumun doğmalarına, əzizlərinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı veririk”.

 

Qeyd edək ki, C.Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962-1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb.

 

1986-1992-ci illərdə Azərbaycan televiziyasının “Gənclik” redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.

 

C.Cahangirov ömrünün son illərini daim sadiq qaldığı dogma məkanda keçirdi. O, Azərbaycan Radiosunun proqram direktorunun müavini idi, paralel olaraq Teleradio Akademiyasında da çalışırdı. C.Cahangirov televiziya jurnalistikası üçün peşəkarlıq örnəyidir. Onun neçə-neçə jurnalist nəslinin yetişməsində, peşəkar vərdişlərə yiyələnməsində müstəsna xidmətləri olub. Səmimiliyi, qayğıkeşliyi, prinsipiallığı, peşəsinə hədsiz bağlılığı ilə seçilmiş Cahangir müəllimin əziz xatirəsi daim yaddaşlarda qalacaq.

 

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi