Modern.az

Bəzi namizədlər məhkəmə həvəskarıdır - Məzahir Pənahov

Bəzi namizədlər məhkəmə həvəskarıdır - Məzahir Pənahov

7 Fevral 2020, 17:00

“Dairədə olan qanun pozuntuları ilə bağlı birinci Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək lazımdır, məhkəməyə yox”.

 

Modern.az xəbər verir ki, bu sözləri Komissiyanın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 22 saylı Nəsimi seçki dairəsindən namizədliyi qeydə alınmış  şəxs müşahidəçi vəsiqələrini Dairə Seçki Komissiyasına versə də, bunun qəbul edilmədiyini iddia edib və bununla bağlı məhkəməyə müraciət edib:

 

“Belə görünür ki, həmin namizəd məhkəmə həvəskarıdır. Belə olan halda, həmin şəxsə zorla vəsiqələri vermək lazımdır. Onun deyəsən, başqa məqsədləri var. Adını hansısa hesabatlara saldırmaq niyyəti daşıyır. O hansısa statistik göstəricilərə xidmət edir”.

 

Qeyd edək ki,  iclasda hansı namizəddən söhbət getdiyi barədə məlumat verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər