Modern.az

Parlament seçkilərini müşahidə edənlərin sayı AÇIQLANDI

Parlament seçkilərini müşahidə edənlərin sayı AÇIQLANDI

Aktual

7 Fevral 2020, 17:09

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77721 yerli müşahidəçi akkreditasiyadan keçib.

 

Modern.az xəbər verir ki, bu barədə  Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov məlumat verib.  

 

M.Pənahov qeyd edib ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. 

 

Xatırladaq ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi yanvarın 30-dək olan dövrü əhatə edib. Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün isə vətəndaşlar ərizələrini müvafiq dairə seçki komissiyasına fevralın 4-dək təqdim etməli idilər.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir