Modern.az

Bakı metrosunda intihara cəhd: Özünə qəsd edənin kimliyi bilindi - YENİLƏNİB

Bakı metrosunda intihara cəhd: Özünə qəsd edənin kimliyi bilindi - YENİLƏNİB

Aktual

7 Fevral 2020, 22:13

Bakıda metronun "Nərimanov" stansiyasında özünü qatarın altına atan şəxsin kimliyi məlum olub.

Modern.az  APA-ya istinadən xəbər verir ki, həmin şəxs 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğludur.

O, 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

 

***

 

Bu gün axşam 20:43-də metronun "Nəriman Nərimanov" stansiyasında həyəcanlı anlar yaşanıb. Belə ki, stansiyada intihara cəhd olub.

 

Bu barədə Modern.az-a məlumat verən "Bakı Metropoliteni"QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, maşinist sərnişinin özünü qatar yoluna atmasını görərək, dərhal hərəkəti dayandırıb:

"Gərginlik verilişi kəsilib. Vətəndaş qatar yolundan çıxarılaraq, polisə təhvil verilib. Vəziyyəti normaldır".

Onun sözlərinə görə, bu səbəbdən qatarlararası intervalda 10 dəqiqəyədək gecikmə qeydə alınıb.


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?