Modern.az

Anar İsgəndərov: “Nə mümkündürsə, mən etdim, mümkün olandan artığını da seçicilər”

Anar İsgəndərov: “Nə mümkündürsə, mən etdim, mümkün olandan artığını da seçicilər”

10 Fevral 2020, 15:45

Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrə görə, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 71 saylı Masallı kənd Seçki Dairəsindən Anar İsgəndərov 62.7 faiz səslə qalib gəlib.

 

Tarix elmləri doktoru, professor Anar İsgəndərov BDU-nun Tarix fakültəsi “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasına rəhbərlik edir.

 

O, bu dairədə dairədə Yeni Azərbaycan Partiyasının namizədi idi.

 

Anar İsgəndərov Modern.az-a qalibiyyətindən sonrakı ilk təəssüratlarını bölüşüb:

 

“Mən Yeni Azərbaycan Partiyasına etimad göstərdiklərinə görə təşəkkür edirəm. Bu etimadı doğrultmaq üçün öz doğma el-obama gəldim. Onlar vəkilləri olmağım üçün mənə lazım olan səsi verdilər. Hamıya minnətdaram. Başda dövlətimə, dövlət başçısına, xalqıma və 71 saylı Masallı kənd seçkin dairəsinin seçicilərinə təşəkkürümü bildirirəm. Nə mümkündürsə, mən etdim, mümkün olandan artığını da seçicilər etdilər.

 

Mən təbliğatımı apardım. Onsuz da, həmin dairənin camaatı məni 40 ildir, yaxşı tanıyırdı. Təbliğat göstərdi ki, əziyyətin, fəaliyyətin olanda seçici ağla qaranı ayırd edə bilir. Məni seçdiklərinə görə dövlətimə, xalqıma borcluyam”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi