"Neymar "Barselona"dan ayrılandan sonra ağlayaraq bizə qayıtmaq istədiyini bildirmişdi".
Modern.az xarici mediaya istinadla xəbər verir ki, bu açıqlama ilə İspaniyanın "Barselona" klubunun keçmiş vitse-prezidenti Jordi Mestre çıxış edib.
"Məhz bundan sonra mən və Bartomeu bu transfer ilə bağlı çalışmalara başladıq. Lakin sonda hər kəs bu cəhdlərini nə ilə nəticələndiyini bilir", - deyə o, bildirib.