Modern.az

Bütün protokollar MSK-ya çatdırıldı

Bütün protokollar MSK-ya çatdırıldı

Aktual

12 Fevral 2020, 09:58

Azərbaycanda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası (DSK) protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması müddəti başa çatıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, protokollar dairə seçki komissiyaları tərəfindən səsvermə günündən ən geci 2 gün keçənədək, yəni 2020-ci il fevralın 12-dək təqdim edilməlidir.

 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasın məlumatına əsasən, 125 dairə seçki komissiyasının hamısı artıq protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?