Modern.az

Messi La Liqada yenə liderdir - qol və asist sayı

Messi La Liqada yenə liderdir - qol və asist sayı

Aktual

17 Fevral 2020, 09:34

İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi La Liqada 24-cü turdan sonra da liderliyini qoruyub saxlayır. 

 

Modern.az xəbər verir ki, argentinalı futbolçu bu mövsüm İspaniya Çempionatında 14 qolla bombardirlər siyahısına başçılıq edir. O, son 3 oyunda 6 asist etməklə də məhsuldar ötürmələrinin sayını 12-yə çatdıraraq bu siyahıda da birinci yerin sahibidir.

 

Qeyd edək ki, hazırda La Liqada qolçular sırasında ilk üçlükdə Lionel Messi - "Barselona" (14), Kərim Benzema - "Real Madrid" (13), Luis Suarez - "Barselona" (11), məhsuldar ötürmələrə görə isə Lionel Messi - "Barselona" (12), Luis Suarez - "Barselona", Rodriqo Moreno - "Valensiya",  Portu - "Real Soseydad" isə hərəyə 7 asist etməklə ikinci, üçüncü yerləri bölüşürlər. 

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır