Modern.az

Axtarışda olan 52 nəfər saxlanılıb

Axtarışda olan 52 nəfər saxlanılıb

5 Yanvar 2010, 12:59

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları ötən həftə ərzində əvvəllər axtarışda olan 52 nəfəri saxlayıb. Modern.az-ın məlumatına görə, bu barədə DİN-dən bildirilib.

Bundan başqa, hesabat dövründə üç nəfər intihar edib, baş vermiş bədbəxt hadisələr nəticəsində 4 nəfər həlak olub, 6 nəfər bədən xəsarəti alıb, 68 yanğın hadisəsi nəticəsində bir nəfər həlak olub və 13 nəfər yanıq xəsarətləri alıb.

Qətl törətməkdə şübhəli bilinən 4 nəfər, qətl törədən və qəsdən bıçaq xəsarətləri yetirən 2 nəfər, qarət və soyğunçuluğa görə 8 nəfər, oğurluq törətdiyinə ğörə 13 nəfər saxlanılıb.

Qanunsuz silah və döyüş sursatının müsadirə olunması üzrə 11 fakt qeydə alınıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir