Modern.az

 “Azərsu” rəhbərliyi rayonlarda qəbul keçirəcək

 “Azərsu” rəhbərliyi rayonlarda qəbul keçirəcək

17 Fevral 2020, 10:46

Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 24  fevral 2020-ci il tarixində Şabran şəhərində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

25 fevral 2020-ci il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Qusar şəhərində Qusar və Quba rayonlarının sakinləri ilə görüşəcək. 28  fevral  2020-ci il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Xaçmaz rayonunun sakinlərini qəbul edəcək.

 

"Azərsu" ASC-nin  İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məluymata görə, qəbullar Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində, Qusar və Xaçmaz Sukanal Sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq. 

 

Vətəndaşlar qəbul üçün Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayon Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?