Modern.az

Polis yenə sevindirdi

Polis yenə sevindirdi

20 Fevral 2020, 12:50

Fevralın 18-də metronun Xalqlar Dostluğu stansiyasında oturacağın üzərində olan polietilen paket orada xidmət aparan polis əməkdaşının diqqətini çəkib. Polis serjantı Rəhman Ağayev onun sahibsiz olduğunu görüb və aidiyyəti üzrə Metropolitendə Polis Şöbəsinə təhvil verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

 

Bildirilib ki, həmin gün vətəndaş X.Nəzərova metroda üzərində nömrəsi olan gömrük karqo paketini unutması barədə  Metropolitendə Polis Şöbəsinə müraciət edib. O, Şöbəyə dəvət olunub, polis əməkdaşları qeyd olunan əşyanı sahibinə qaytarıblar.

 

Fevralın 19-da isə Metropolitendə Polis Şöbəsinə dəvət edilən digər vətəndaş – M.Məhərrəmovaya polis əməkdaşları itirdiyi pulu təhvil veriblər.

 

Qeyd edək ki, o, metronun Xalqlar Dostluğu stansiyasında 200 manatını itirmişdi. Stansiyanın girişindən pulu tapan  polis əməkdaşları onu aidiyyəti üzrə təhvil verdikdən sonra məlum olub ki, həmin qadın Metropolitendə Polis Şöbəsinə pulunu itirməsi ilə bağlı müraciət edib. 

Hər iki vətəndaş belə humanistliyə və nəcib əmələ görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir