Modern.az

Bakıda yeni tunel çəkiləcək

Bakıda yeni tunel çəkiləcək

Aktual

21 Fevral 2020, 10:36

Artıq 3 aydır ki, Bakı-Sumqayıt yolunun yenidən qurulmasına start verilib.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

 

O qeyd edib ki, işlər Bakı-Sumqayıt yolunun 6,5-14-cü kilometrliyində aparılır:

 

"Biz çalışırıq ki, mayın sonuna qədər həmin yol hissəsini yeni açılmış tunellərlə birlikdə istifadəyə verək. Həmin yolun genişləndirilməsində siz yeni bir yol tənzimlənməsi də görəcəksiniz. Bu, "20 Yanvar" dairəsindən başlayaraq Masazır körpüsünə kimi yeni bir yol qovşağı olacaq. Bu yol sərnişinlərin rahat gediş-gəlişinə şərait yaradacaq".

 

S.Məmmədov deyib ki, Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihə artıq hazırdır:

 

"Bakı Nəqliyyat Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə layihəyə baxılacaq.Layihə təsdiqləndikdən sonra icrasına başlanılacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!