Modern.az

Bakı-Quba yolu bu il PULLU OLACAQ

Bakı-Quba yolu bu il PULLU OLACAQ

21 Fevral 2020, 11:12

"Bu il Bakı-Quba-Rusiya avtomobil yolu birinci texniki dərəcəyə uyğun beton yola paralel olaraq, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Rusiya sərhədinə kimi 100 kilometr hissəsi tam çəkilib əhalinin istifadəsinə veriləcək".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

 

S.Məmmədov qeyd edib ki, bu yol beton yola paralel çəkiləcək və Azərbaycanda ilk ödənişli yol kimi əhalinin istifadəsinə veriləcək:

 

"Bu yol istifadəyə verildikdən sonra indiki beton yolun təmirinə başlanılacaq".

 

O həmçinin bildirib ki, İranla sərhəddə körpünün tikintisi başa çatdırılacaq:

 

"Bildiyiniz kimi, Bakı-Ələt-Astara-İran avtomobil yolunun İranla sərhəddə Astara çayı üzərində körpünün tikintisi həyata keçirilmədiyi üçün yolun birləşdirilməsi başa çatmamışdı. Artıq İran prezidenti ilə prezident İlham Əliyevin görüşündə bu körpünün tikilməsi razılaşdırılıb. Çox güman ki, bu il həmin körpü tikilərək istifadəyə veriləcək. Bununla da Astara rayonun daxili yollarından istifadə etmədən İrana gediş-gəliş təmin ediləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir