Modern.az

Gəncədən Gürcüstan sərhədinə qədər olan yol GENİŞLƏNDİRİLƏCƏK 

Gəncədən Gürcüstan sərhədinə qədər olan yol GENİŞLƏNDİRİLƏCƏK 

21 Fevral 2020, 11:25

"Bu il ərzində 36 respublika əhəmiyyətli yol, 12 Bakı şəhərinin rayon və qəsəbə yollarının abadlaşdırılmasına sərmayə qoyulub".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yollarə Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

 

S.Məmmədov qeyd edib ki, ən böyük layihələrdən biri Gəncədən Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun ikinci texniki dərəcədən birinci texniki dərəcəyə keçirilməsidir:

 

"Bununla həmin yolda 4 hərətəkət zolağına keçirilməsi layihəsinin bəzi lotlarda yekunlaşdırılmasını planlaşdırırıq. Həmçinin, bu ilin sonuna Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsindən ayrılaraq, Gürcüstan sərhədinə qədər Xaldan-Şəki-Mazımçay gömrük məntəqəsinədək olan avtomobil yolunun Xaldan-Şəki hissəsinin 54 kilometr çəkilib başa çatdırılması nəzərdə tutulub. Bundan əlavə, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 68 kilometr hissəsinin ilin sonunadək çəkilməsi planlaşdırılır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü