Modern.az

Nuşirəvan Məhərrəmli Manaf Ağayevin məsələsini ATV-nin rəhbəri ilə müzakirə edib

Nuşirəvan Məhərrəmli Manaf Ağayevin məsələsini ATV-nin rəhbəri ilə müzakirə edib

Aktual

21 Fevral 2020, 11:53

Milli Televiziya və Radio Şurası (MTRŞ) ATV telekanalında yayımlanan “Ən yaxşısı” verilişində baş verənlərə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov APA-ya açıqlamasında bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalının rəhbəri ilə müzakirə aparıb.

 

“Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb”, - deyə T. Dadaşov vurğulayıb.

 

Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?