Modern.az

Bakıdan Ankaraya gedən təyyarə təcili eniş etdi

Bakıdan Ankaraya gedən təyyarə təcili eniş etdi

21 Fevral 2020, 12:18

“Buta Airways” aviaşirkətinə məxsus “J2 9111” nömrəli təyyarə Ankaranın Esenboğa Hava limanında məcburi eniş edib.

 

Modern.az xəbər verir ki, bu gün saat 07:39-da Bakıdan havaya qalxan təyyarə qeyri-sabit hava şəraitinə görə Alanya Hava Limanına eniş edə bilməyib. Nəticədə, kapitan Esenboğa Hava Limanına getmək qərarı verib.

 

Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.

 

Şirkətdən bildirilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir