Modern.az

Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq

Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq

Aktual

21 Fevral 2020, 12:52

Azərbaycan və İtaliya hərbi sahədə əməkdaşlığı genişləndirmək üçün növbəti addım atıb.

 

Modern.az xəbər verir ki, iki ölkə arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı sənəd imzalanıb.

 

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə"ni Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və "Leonardo S.p.A"nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.

 

Bəyannamə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanıb.

 

Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri başlayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır