Modern.az

Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini dayandırıb? - RƏSMİ

Azərbaycan və İran arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini dayandırıb? - RƏSMİ

24 Fevral 2020, 13:05

İran və Azərbaycan arasında Biləsuvar sərhəd-keçid məntəqəsi sərhəd fəaliyyətini davam etdirir.

 

Modern.az Trend-ə istinadən məlumat verir ki, bunu İranın Biləsuvar gömrük idarəsinin direktoru Ramin Zəhiri deyib. Onun sözlərinə görə, yeni koronavirusun daşıyıcılarının müəyyənləşdirilməsi üçün iki ölkənin sərhəd-keçid məntəqələrində birgə əməkdaşlıq aparılır.

 

Zəhiri əlavə edib ki, Biləsuvar sərhəd terminalında avtobus, minik avtomobilləri və sərnişinlərin keçidi davam edir.

 

İranlı gömrük rəsmisi koronavirus nəticəsində Biləsuvar gömrüyünün bağlanması ilə əlaqədar şayiələri təkzib edib.

 

Qeyd edək ki, İranda koronavirus nəticəsində 12 nəfərin öldüyü, 47 nəfərin bu virusa yoluxduğu rəsmən təsdiqlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu