Modern.az

Ermənistan Qarabağdakı orta yaşlı kişiləri də müdafiəyə cəlb edir

Ermənistan Qarabağdakı orta yaşlı kişiləri də müdafiəyə cəlb edir

5 Yanvar 2010, 18:03

Erməni müxalifətinə yaxın mətbuatın məlumatına görə, Ermənistan Silahlı Qüvvələrində əsgər təminatı ilə bağlı böyük çətinliklər yaşanmaqdadır. Bəzi mənbəələr bildirilər ki, Ermənistanın hərbi rəhbərliyinin cəbhə bölgəsinə göndərdiyi əsgərlər ilk fürsətdəcə fərarilik edir, əllərinə düşən imkandan yararlanaraq ölkədən qaçmağa çalışırlar. Son məlumatlara görə,

Ermənistanın hərbi rəhbərliyi Dağlıq Qarabağda yaşayan və çağırış yaşı ötmüş kişi sakinləri də müdafiəyə cəlb etməyə başlayıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev Modern.az-a açıqlamasında faktı təsdiqləyib. O, bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin orduya çağırışla bağlı problemi uzun illərdir yaşanır, son vaxtlar isə bu, özünü daha qabarıq biruzə verməkdədir: “Ermənistan ordusunda 2009-cu ildə əsgər çatışmazlığı problemi ciddi şəkil alıb. Bu isə erməni əhalisinin ötən ildə ölkəni daha çox tərk etməsilə ilə əlaqıdardır. Əlimizdə olan məlumatlara əsasən, Ermənistan ordusu nəinki əsgər çatışmazlığı yaşayır, eləcə də hərbi hissələri formalaşdırmaqda böyük çətinlik yaşayır”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, Ermənistan ordusunun problemləri daha kəskin şəkil alıb. “Əhali sayının azlığı Ermənistan ordusunun əsgəri qüvvə ilə kifayət qədər təmin olunmasına imkan vermir. Hərbi rəhbərliyin problemi aradan qaldırmaq məqsədilə cəbhə bölgəsində yaşayan sakinləri növbəli şəkildə təmas xəttində keşik çəkməyə cəlb etməsi də məlumdur”.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadənin sözlərinə görə, müşahidələr göstərir ki, Ermənistan dövləti sərhədyanı ərazilərə, Azərbaycanla təmas xəttinə əsgər yığmağda çətinlik çəkir. “Ermənistanın ali hərbi rəhbərliyi məcbur olub sərhədyanı bölgələrdə yaşayan insanlarla müqavilə bağlayaraq onların xidmətlərindən istifadə edir. Halbuki, sərhədyanı ərazilər sərhəd qoşunları və hərbiçilər tərəfindən qorunmalıdır. Bu hal Ermənistanın boşaldığını sübut edir. Son statistik məlumata görə, hər il Ermənistanı əsgəri yaşlı 700 min gənc tərk edir. bütün bunlar Ermənistanın hərbi qüdrətsizliyindən xəbər verir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi