Modern.az

BMU-da  Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin təsnifat mərhələsi keçirilib - FOTO

BMU-da  Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin təsnifat mərhələsi keçirilib - FOTO

Aktual

24 Fevral 2020, 15:36

 

Bakı Mühəndislik Universitetində “Hash Code 2020 by Google” Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin təsnifat mərhələsi keçirilib.

 

Modern.az xəbər verir ki, müsabiqədə Azərbaycan üzrə onlayn olaraq “Baku Engineering University HUB”, “ADA University HUB”, “STEP IT Academy Baku HUB” altında qeydiyyatdan keçmiş müxtəlif ali təhsil müəssisələrinin komandaları və şirkətlərdə çalışan peşəkarlardan ibarət komandalar, ümumilikdə isə 66 komanda iştirak edib. Müsabiqədə komandalara 4 saat ərzində bir mühəndislik problemini həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi ilə sınaqdan keçirmə tapşırığı verilib.

 

Təsnifat mərhələsini Azərbaycan üzrə tələbə komandaları arasında Bakı Mühəndislik Universitetinin “BEU PROgrammers” komandası I, peşəkarlar arasında ADA Universitetinin “SpinLock” komandası I, Bakı Mühəndislik Universitetinin “BeuDevs” komandası II yerdə tamamlayıblar.

 

Məlumat üçün bildiririk ki, “Hash Code” Google tərəfindən təşkil olunan Avropa, Mərkəzi Asiya və Afrika ölkələrinin ali təhsil müəssisələrindən olan tələbələr və iş dünyasında fəaliyyət göstərən peşəkarların iştirak etdiyi proqramlaşdırma üzrə beynəlxalq komanda müsabiqəsidir. Müsabiqə iki mərhələdə təşkil olunur. Təsnifat mərhələsi müxtəlif ölkələr üzrə yaradılmış yerli HUB-larda və fərdi olaraq onlayn keçirilir. Beynəlxalq müsabiqənin bu mərhələsi  Avropa, Mərkəzi Asiya və Afrikanın 89 ölkəsində baş tutub və yarışmaya ümumilikdə 10724 komanda qatılıb. Final mərhələsi isə Google tərəfindən təyin olunmuş Google-un mərkəzi bazalarının birində keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir