Modern.az

MSK Anar İsgəndərovun dairəsi barədə də qərar verdi

MSK Anar İsgəndərovun dairəsi barədə də qərar verdi

24 Fevral 2020, 17:40

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 71 saylı Masallı kənd seçki dairəsindən daxil olan müraciətə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət haqqında məlumat verən MSK üzvü Qabil Orucov şikayətçinin həmin dairədən qeydə alınmış nbamizəd Rüfət Əliyev olduğunu deyib. O qeyd edib ki, 33 saylı seçki məntəqəsində seçicilərin iradəsinə zidd məqamlar ortaya çıxıb.

 

MSK üzvü təklif edib ki, 33 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin. Təklif səsə qoyulub və qəbul edilib.

 

Qeyd edək ki, həmin dairədən lider namizəd Anar İsgəndərovdur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı