Modern.az

Maliyyə Monitorinq Xidmətinin nizamnaməsində dəyişiklik edilib

Maliyyə Monitorinq Xidmətinin nizamnaməsində dəyişiklik edilib

Aktual

24 Fevral 2020, 18:00

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsində dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.

 

Fərmana əsasən, xidmətin idarə olunmasında dəyişiklik edilib. Belə ki, xidmətə rəhbərliyi sədr və 2 müavindən ibarət İdarə Heyəti həyata keçirir. Dəyişikliklə İdarə Heyətinin sədri İqtisadiyyat nazirinin müavini olacaq.  İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir