Modern.az

Naftalan sakinlərinə daşınmaz əmlakın icbari siğorta şəhadətnamələri verildi

Naftalan sakinlərinə daşınmaz əmlakın icbari siğorta şəhadətnamələri verildi

Aktual

25 Fevral 2020, 16:54

Naftalan Şəhər İcra Hakimiyyəti və "PAŞA Sığorta" ASC-nin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Daşınmaz əmlakın icbari sığortası" barədə maarifləndirici tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul nümayəndələri, "PAŞA Sığorta" ASC-nin "Nümayəndəliklərin idarəolunma şöbəsi"-nin rəhbəri Əli Zaidov, Gəncə nümayəndəliyinin rəhbəri Sərdar Əlizadə, şəhərin idarə, təşkilat və müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

Tədbirdə "PAŞA Sığorta" ASC-nin məsul əməkdaşları mövzu barədə geniş çıxış ediblər.

 

Tədbirin sonunda iştirakçıların bütün sualları ətraflı cavablandırılıb və bir qrup şəhər sakininə "PAŞA Sığorta" ASC tərəfindən siğortalanan daşınmaz əmlaklarının icbari siğorta şəhadətnamələri təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!